Ukraynada Krım Tatarları Ordusunun yaradılmasına çağırış edildi

Ukraynada Krım Tatarları Ordusunun yaradılmasına çağırış edildi backend

Krım tatarları öz ordusunu yaratmalıdır.

Qaziler.az Virtualaz.org-a istinadən bildirir ki, 1 may tarixində Krımın mülki blokadasının koordinatoru, tanınmayan Krım-Tatar Məclisinin liderlərindən biri Lenur İslamov “Krım. Realiy” nəşrinə şərhində belə bir bəyanatla çıxış edib.

“Bizim öz siyasi qüvvələrimiz mövcuddur, Ali Radada deputatlarımız var, lakin bizim xüsusi ordumuz yoxdur. Bu səbəbdən biz çalışmalıyıq ki, ukraynalılardan ibarət tərkibdə və Noman Çələbicixan batalyonu kimi ordu yaradaq”, - deyə lider bildirib.

Yeri gəlmişkən, 26 aprel tarixində tanınmayan Məclisin lideri, Ali Radanın deputatı Refat Çubarov bildirib ki, Kiyev Krımın qaytarılmasında hərb yolunu istisna etməməlidir. Bununla belə, o, dəniz yolunu xüsusi diqqətdə saxlamağı tövsiyə edib.