Moskvanın mərkəzində anti-Azərbaycan tədbiri keçiriləcək

Moskvanın mərkəzində anti-Azərbaycan tədbiri keçiriləcək backend

Mayın 7-də Moskvada yerləşən “Tapan” muzeyində “Sənin üçün mənim Artsaxım” adlı rəsm satış-sərgisi keçiriləcək.

Qaziler.az bildirir ki, bu barədə lent.az-a Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondunun sədri Şamil Tağıyev bildirib.

Məlumata görə, tədbir erməni arxiyepiskopu Ezras Nersisyanın təşəbbüsü ilə keçirilir. Sərgidən yığılan vəsaitin isə Qarabağdakı separatçılara göndərilməsi nəzərdə tutulur.