Türkiyədə bomba yüklü avtomobillə partlayış törədilib, 1 polis şəhid olub, 13 nəfər yaralanıb

Türkiyədə bomba yüklü avtomobillə partlayış törədilib, 1 polis şəhid olub, 13 nəfər yaralanıb backend

Bu gün Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Qaziler.az bildirir ki. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Gaziantep Valiliyi partlayış nəticəsində 1 polisin şəhid olduğu, 9-u polis olmaqla 13 nəfərin yaralandığını açıqlayıb.
Partlayışdan sonra atəş səsləri eşidilib. Polis partlayışdan sonra şüşələri sınmış ağ rəngli bir avtomobili axtarır.
***
Bu gün Türkiyədə bomba yüklü avtomobilə partlayış törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış Gaziantep Polis İdarəsinin binası qarşısında törədilib.

Polis idarəsindən 100 metr məsafədə törədilən şiddətli partlayış nəticəsində ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb. Partlayış baş verən əraziyə çoxlu sayda təcildi tibbi yardım maşınları göndərilib. İlkin məlumatlara görə 6-ı polis əməkdaşı olmaqla, 6 yaralı var.