“Türk Hava Yolları” bu il ABŞ-ın “Boeing” şirkətində sifariş verdiyi 26 yeni təyyarəni təhvil alacaq.
AZƏRTAC “bloomberght.com” saytına istinadla xəbər verir ki, bu təyyarələrin 6 ədədi “Boeing 777-300ER”, 20 ədədi isə “Boeing 737-800” modelidir.Qeyd edək ki, “Boeing 737-800” təyyarələrini aldıqdan sonra THY Avropada “737-800” modelli təyyarələrə sahib ikinci ən böyük aviaşirkət olacaq.



