Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar və dağıstanlılar arasında atışma olub.
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “FlashNord”-a şəhərin hüquq-mühafizə orqanlarından bildirilib.Məlumata görə, saat 17.00 radələrində baş vermiş insidentdə iştirak edən şəxslərdən ikisi saxlanılıb.
“Vasilyevski adasında bir qrup azərbaycanlı və dağıstanlılar arasında atışma olub”, - deyə mənbə bildirib.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
İnsident zamanı xəsarət alanlar barədə məlumat verilmir.



