Yaponiya Mərkəzi Bankı pul siyasətində dəyişiklik etməyib

Yaponiya Mərkəzi Bankı pul siyasətində dəyişiklik etməyib backend

Yaponiya Mərkəzi Bankının (BOJ) son yığıncağında bazar gözləntilərinin əksinə olaraq pul təşviqi proqramını genişləndirməmək qərara alınıb.

Qaziler.az -ın məlumatına görə, AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, bank pul bazasının genişlənmə hədəfini 80 trilyon yendə (715 milyard dollar), bankların BOJ-da saxladıqları vəsaitə tətbiq edilən faizi - 0,1 faizdə saxlayıb və səhmlər daxil olmaqla riskli aktivlərin alış proqramı qoruyub.

BOJ-un sədri Haruhiko Kuroda deyib: “İnflyasiyanı 2 faizə çatdırmaqla bağlı hədəfimizdə hər hansı dəyişiklik yoxdur. Bunu mümkün olan ən tez vaxtda bacarmaq üçün hər şeyi edəcəyik. Lazım olsa mənfi faiz dərəcələrini də artıra bilərik”.