Bu gün səhər saatlarından Almaniyanın Franfurt-Mayn şəhərində başlayan qanunsuz etiraz aksiyaları zamanı mindən çox qanun pozuntusu aşkar edilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aksiyalar zamanı 88 polis xəsarət alıb.Frankfurtda Avropa Mərkəzi Bankının yeni mənzil-qərargahının açılmasına qarşı keçirilən aksiyaların təşkilatçısı olan "Blockupy" solçu radikal hərəkatının nümayəndələri qeyd ediblər ki, polislərin su şırnaqları və gözyaşardıcı qazlardan istifadə etməsi nəticəsində çoxsaylı xəsarət alanlar var. Şəhərin mərkəzində etiraz aksiyaları davam edir.