Misirdə Səudiyyə Ərəbistanından olan biznesmen oğurlanıb

Misirdə Səudiyyə Ərəbistanından olan biznesmen oğurlanıb backend

Səudiyyə Ərəbistanından olan biznesmen Misirdə naməlum şəxslər tərəfindən oğurlanıb.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, yerli KİV-lərin yazdığına görə, Misirin meyvə istehsalı və ixracı ilə məşğul olan şirkətinin tərəfdaşı olan Səudiyyə Ərəbistanı vətəndaşı Həsən əl-Sanat vətənə qayıdarkən Qahirə aeroportuna gedən İsmailiyyə-Qahirə yolunda oğurlanıb. İlkin məlumata görə, bir qrup silahlı sahibkarın maşınının saxlayaraq, onu naməlum istiqamətdə aparıb.

Səudiyyəli biznesmenin oğurlanmasının araşdırılmasına Misirin təhlükəsizlik qüvvələri və kriminal polisi cəlb edilib.