90-cı illərdə Rusiya Şimali Qafqazda separatçılarla yox, yaxşı təşkilatlanmış və xaricdən maliyyələşən terrorçularla mübarizə aparırdı. Axar.az xəbər verir ki, bunu Moskvada keçirilən V Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib. Onun sözlərinə görə, terrorizmi yarandığı an məhv etmək lazımdır ki, o insanların beyninə girməyi bacarmasın. O, terrorizmin həm hərbi güc, həm də ideoloji fəaliyyətlə məhv edilməli olduğunu bildirib.
Qeyd edək ki, 90-cı illərdə Rusiyaya qarşı çeçenlər azadlıq hərəkatı başladıblar. Nəticədə iki çeçen müharibəsi baş verib. Bu hərəkatın əsas liderləri sırasında Cövhər Dudayev və Aslan Məshədov olublar.



