Ermənistan Azərbaycan PUA-larına qarşı çarə axtarır

Ermənistan Azərbaycan PUA-larına qarşı çarə axtarır backend

Ermənistanın “Joxovurd” qəzeti hərbi mənbələrə istinadən yazır ki, Azərbaycan ordusunun pilotsuz təyyarələri qarşısında aciz qalan Ermənistan Müdafiə Nazirliyi və onlarla mübarizə yolları axtarır.

Avropa.info xəbər verir ki, erməni hərbi rəhbərliyi pilotsuz uçan aparatlarla mübarizə üçün İT sahəsindəki mütəxəssislərə müraciət edib. Bildirilir ki, onlar PUA-larla mübarizə üçün elektron müdafiə sistemi yaratmalıdırlar.

Erməni mətbuatı yazır ki, artıq bu sahədə iş gedir və müdafiə məqsədli cihazlarını tezliklə istehsal edəcəklərinə ümid edirlər.

Ermənistan hətta ordunu yeni texnologiyalarla təmin etmək məqsədilə İT mütəxəssisləri üçün elmi-texniki institut yaratmağı planlaşdırır.