“Apple” şirkəti işçi personalının kütləvi ixtisarına başlayıb. İKT.lent.az-ın “”Venture Beat” nəşrinin məlumatına istinadən bildirir ki, ixtisara əsasən şirkətin kadrlar şöbəsinin əməkdaşları düşüblər. Ümumilikdə personalın seçimi üzrə təxminən 1000 nəfərə yaxın əməkdaş işdən çıxarılıb.
Bundan başqa, “Apple” şirkətinin rəhbərliyi rəsmi olaraq autsortinq şirkətləri ilə əməkdaşlıq etməkdən imtina edib. Ola bilər ki, kadrlar işi üzrə əməkdaşların sayının azaldılması yeni işçilərin axınının azalması ilə bağlıdır.“Apple”də kütləvi ixtisarlar başladı



