İŞİD İsveçdə terror aktı hazırlayır

İŞİD İsveçdə terror aktı hazırlayır backend

İsveçin SÄPO təhlükəsizlik polisi İraqın təhlükəsizlik xidmətindən aldığı məlumata əsasən, İŞİD terror təşkilatının yeddi-səkkiz yaraqlısı İsveçdədir və bu ölkənin paytaxtı Stokholm şəhərində terror aktı planlaşdırırlar.


Virtualaz.org xəbər verir ki, bu məlumat İsveçin “Expressen” qəzetində adının çəkilməsini istəməyən mənbəyə istinadən yerləşdirilib.

“Əldə olunan məlumata görə, terrorçular paytaxt ərazisində mülki obyektə hücum edəcəklər”, - nəşrdə belə qeyd olunur.

İsveç polisi xəbəri şərh etməyib, lakin məlumatı yoxladığını bildirib.