Pakistanda, polisin bildirdiyinə görə, azı 23 adam içinə zəhər düşmüş şirniyyatı yedikdən sonra keçinib.
Qaziler.az BBC-ə istinadən xəbər verir ki, hadisə ötən həftə Pəncab bölgəsində bir kişi oğlunun doğulmasını qeyd etmək üçün şirniyyat aldıqdan sonra başlayıb.Həmin kişi və onun 11 qohumu şirniyyat məmulatlarını yeyənlər arasında olublar - onların hamısı ölüb.
Ümumilikdə şirniyyatdan zəhərlənənlərin sayı 77 nəfərdir, 5 nəfərin vəziyyəti ağırdır.
Polis yerli şirniyyat dükanının iki sahibini və bir işçisini həbs edib.
Zəhərin mənşəyini müəyyən etmək məqsədilə istintaq davam etdirilir.
Rəsmilərin güman etdiyinə görə, tədqiqat altında olan kürə formalı şirniyyat məmulatına qonşu dükanda satılan pestisid düşə bilərdi.
Polisin şirniyyat dükanında pestisid izləri tapıldığını bildirəndən sonra, zəhərli şirniyyat laborator yoxlamadan keçirilir.



