“Lenin“ və “Puşkin“ Qızıl meydanda dalaşdılar

“Lenin“ və “Puşkin“ Qızıl meydanda dalaşdılar backend

Rusiyalı şair Aleksandr Puşkinin və inqilabçı Vladimir Leninin oxşarları Moskvadakı Qızıl meydanda dalaşıblar.

Qaziler.az bildirir ki, bu barədə Trend "Lenta.ru" saytına istinadən xəbər verir.

Turistlər bu savaşı telefon vasitəsilə çəkib "YouTube" videoşəbəkəsinə yükləyiblər.

"Puşkin" ilə "Lenin"in davasının səbəbi müştəri ucbatından olub. Mübahisə zamanı "Lenin" bildirib ki, 15 il ərzində bu obrazda həmin yerdə "işləyir", "Puşkin" isə təzəcə gəlib. Davanın sonunda "Puşkin" rəqibini ayaqla itələyərək hadisə yerində qaçıb.

Xatırladaq ki, keçən ilin yayında Moskva metrosunun "Oxotniçiy ryad" stansiyasının yanında Lenin və İosif Stalinin oxşarları bizneslərini bölüşdürə bilməyərək savaşmışdılar.