Böyük Britaniyanın Türkiyədəki səfiri Çanaqqala zəfəri ilə bağlı maraqlı açıqlama verib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, səfir Riçard Moore bildirib ki, Çanaqqalada bütün tərəflər vuruşub: “Ancaq bu zəfəri qazanan türklər oldu. Bu, Türkiyənin haqqı idi”.Səfir türkləri təbrik etməyi də unutmayıb: "Bütün türk dostları Çanaqqala zəfəri münasibəti ilə təbrik edirəm”.