Bu gün axşam saatlarında Suriya ərazisindən atılan mərmilərdən biri Türkiyənin Kilis şəhərindəki məscidə düşüb.
Qaziler.az -ın məlumatına görə, ATV.az “Milliyet”-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanb.Partlayışın gücündən ətrafdakı binalarda çatlar əmələ gəlib.
Xatırladaq ki, bu gün səhər saatlarında da Kilis şəhəri atəşə tutulub. Şəhərin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.



