Moldovada hökumət əleyhinə aksiya keçirilir

Moldovada hökumət əleyhinə aksiya keçirilir backend

Bu gün Moldovada sağ-mərkəzçi “Ləyaqət və Həqiqət” platformasının bir neçə min tərəfdarı hökumət əleyhinə keçiriləcək aksiyada iştirak etmək üçün Kişinyovun mərkəzində toplaşıb.

Qaziler.az bildirir ki, APA-nın verdiyi məlumata görə, aksiyada hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb ediləcək.

Paralel olaraq mitinq keçirilən meydanın yanında yerləşən Moldovanın əsas kilsəsində dini bayrama həsr edilən tədbir keçirilir.