Gürcüstandakı erməni diasporu Türkiyə səfirliyinin qarşısında keçirmək istədikləri aksiyanı ləğv etdilər.
Qaziler.az-ın "KafkazPlus"a istinadən məlumatına görə, aksiyanın Türkiyənin Tbilisidəki səfirliyinin qarşısında keçirilməsi planlaşdırılırdı. Aksiyada qondarma "erməni soyqırımı"nın tanınması tələbi qoyulacaqdı. Aksiya bu gün saat 14:00-a təyin olunsa da keçirilməyib.Bu barədə məlumat Gürcüstandakı erməni icmasının rəsmi saytında yerləşdirilib.
Məlumatda deyilir: "Ölkədə və regionda çətin və gərgin vəziyyəti, gözlənilən təxribatdan narahat olan gürcü hökumətinin xahişini nəzərə alaraq Gürcüstandakı erməni icması Türkiyə səfirliyinin qarşısında hər il 24 apreldə ənənəvi olaraq keçirilən aksiyanı bu il təxirə salmaq haqda qərar qəbul edib".



