"Türkiyə qaçqınlar mövzusunda dünyaya nümunədir. Kimsə Türkiyəyə bu məsələdə dərs verməsin."
Qaziler.az Avropa.info-a istinadən xəbər verir ki, bunu Türkiyənin Qaziantep şəhərinə səfər edən Avropa Birliyinin sədri Donald Tusk deyib.Türkiyənin baş naziri Əhməd Davudoğlu, Avropa Birliyinin sədri Donald Tusk, Almaniya baş naziri Merkel Qaziantepdə qaçqınları ziyarət ediblər.
Səfər sonrası mətbuatın qarşısına keçən liderlər birgə bəyanat verib. Suriyalı qaçqınlar məsələsində Türkiyənin yardımlarından danışan Tusk kimsənin Ankaraya dərs verməyə haqqının çatmadığını deyib.
"Təkcə siyasi deyil, şəxsi qənaətim də budur, Türkiyə qaçqınlar mövzusunda dünyaya nümunədir. Kimsə Türkiyəyə bu məsələdə dərs verməsin. Sizinlə bu məsələdə əməkdaşlıq etməkdən qürur duyuram"



