Ticarət mərkəzində silahlı insident: 3 ölü, 4 yaralı

Ticarət mərkəzində silahlı insident: 3 ölü, 4 yaralı backend

Kaliforniyanın Stoknot şəhərində atışma zamanı üç nəfər ölüb, dörd nəfər isə yaralanıb. Trend xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, silahlı insident gecə ticarət mərkəzlərinin birində baş verib. İlkin məlumata görə, mağazanın içərisində olan insanlara obyektin yanındakı avtomobildən atəş açılıb.

Atışma zamanı bir qadın hadisə yerində ölüb, digər ikisi isə xəstəxanada keçinib. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.
Diaspora