Kilis şəhər mərkəzinə “Katyuşa“ raketləri ilə zərbələr endirilib

Kilis şəhər mərkəzinə “Katyuşa“ raketləri ilə zərbələr endirilib backend

Kilis şəhər mərkəzinə "Katyuşa" raketləri ilə zərbələr endirilib.

Bu gün axşam saatlarında Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti yenidən Suriya tərəfindən raketlərlə atəşə tutulub.

Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, Kilis şəhər mərkəzinə "Katyuşa" raketləri ilə zərbələr endirilib.

Atılan mərmilər nəticəsində Kilisdə 12 nəfər həlak olub.
Suriyanın İŞİD nəzarətində olan Bap bölgəsindən Kilis vilayətinə Rusiya ihtehsalı olan üç "Katyuşa" raket mərmisi düşüb.

Raket zərbələri nəticəsində iki nəfər həyatını itirib, daha 4 nəfər isə ağır yaralanıb. Ölənlərdən birinin 70 yaşlı qadın olduğu bildirilir. Son günlər atılan mərmilər nəticəsində Kilisdə 12 nəfər həlak olub, xeyli sayda yaralı var.

Kilis vilayəti analoji olaraq aprelin 18 və 19 da raket atəşinə tutulub. Aprelin 18-də İŞİD nəzarətində olan Bap bölgəsindən Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti "Katyuşa" raketlərindən atəşə tutulub. Fasilələrlə atılan rus raketləri vilayət mərkəzində yaşayış sahəsi və boş əraziyə düşüb. Kilis Valiliyi hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 Suriya vətəndaşının həyatını itirdiyini daha 6 nəfərin yaralandığını açıqlayıb.

Türkiyəli hərbçilər terrorçuların mövqelərinə artilleriya zərbələri endirməklə qarşılıq verib. Yanvarın 17-də Suriyanın Azez əyalətində İŞİD terrorçuları Kilis vilayətindəki sərhədyanı hərbi posta atəş açıb. Bundan əlavə yanvarın 18-də Kilisin Eyüp Gökçe orta məktəbinə 3 mərmi topu düşüb. Partlayış nəticəsində 4 nəfər ölüb, xeyli sayda yaralılar olub.

Növbəti gün Türkiyənin cənub-şərqində yerləşən Kilis yenidən Suriya tərəfindən raketlərlə atəşə tutulub. ANS PRESS-in məlumatına görə, əraziyə üç raket mərmisi düşüb. Raketlərdən biri evin damına, digəri məscidin tualetinə, üçüncüsü isə qəbirstanlığa yaxın boş əraziyə düşüb. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Partlayışdan sonra alovlanan evin damı xilasetmə qrupları tərəfindən söndürülüb. Polis qüvvələri bölgədə geniş təhlükəsizlik tədbirləri aparır.

Ötən gün də Bap bölgəsindən Kilis vilayəti "Katyuşa" raketlərindən atəşə tutulub. Fasilələrlə atılan rus raketləri vilayət mərkəzində yaşayış sahəsi və boş əraziyə düşüb.