Lavrov “erməni soyqırımı“ abidəsini ziyarət etdi

Lavrov “erməni soyqırımı“ abidəsini ziyarət etdi backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri yekunlaşıb. Səfər zamanı diqqət çəkən məqamlardan biri Rusiyanın xarici siyasətinin əsas simasının erməni həmkarı Edvard Nalbandyanla birlikdə Tsisernakaberddə yerləşən “erməni soyqırımı” abidəsini ziyarət etməsi və ora əklil qoyması olub.

Qaziler.az Virtualorg.az-a istinadən bildirir ki, bundan başqa, nazir memorial kompleksdəki xatirə dəftərinə ürək sözlərini yazıb: “Çox sağ olun ki, yaddaşınızı saxlayırsınız və erməni xalqının faciəsini unutmağa qoymursunuz. Biz isə əlimizdən gələni etməliyik ki, belə hallar bir daha təkrarlanmasın”.

Daha sonra isə 2007-ci ildə Yerevanda əkdiyi şam ağacını sulayıb.