İrəvanda Rusiyanın Azərbaycana silah satmasına qarşı yürüş başladı

İrəvanda Rusiyanın Azərbaycana silah satmasına qarşı yürüş başladı backend

İrəvanın Azadlıq meydanından Ermənistan XİN və Rusiya səfirliyi binalarının qarşısına yürüş başlayıb.

Qaziler.az-ın məlumatına görə, Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, yürüş iştirakçıları Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü ərəfəsində öz tələblərini irəli sürmək niyyətindədirlər.

Qeyd edək ki, artıq Facebook səhifəsində yayılan bəyanatda bildirilir ki, Serqey Lavrovun İrəvanda Ermənistan höküməti ilə Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planının müzakirəsi zamanı, etiraz aksiyası təşkil olunacaq və “DQR”in tanınması və Rusiyanın Azərbaycana silah satışının dayandırması tələbləri irəli sürüləcək.