ABŞ ilk dəfə İŞİD-ə qarşı B-52 bombardmançılarından istifadə edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “military.com” saytı yayıb. Təyyarə Kayara şəhərindəki silah bazasını məhv edib.
Qeyd edək ki, İŞİD-ə qarşı B-52 təyyarələrindən istifadə haqqında qərar martın əvvəlində verilib. Bu məşhur təyyarələrdən sonuncu dəfə 1991-ci ildə “Səhrada tufan” əməliyyatı zamanı istifadə edilib.



