Fransa, Almaniya, ABŞ, Böyük Britaniya və İtaliya liderləri aprelin 25-i Almaniyanın Hannover şəhərində bir araya gələcəklər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Fransua Olland qeyri-formal görüşdə Angela Merkel, Barak Obama, Devid Kemeron, İtaliya baş naziri Matteo Rentsi ilə beynəlxalq gündəlikdə olan aktual məsələləri müzakirə edəcəklər.



