Ukrayna Ali Radası prezident Pyotr Poroşenkonun ölkə ərazisində sülhün qorunmasına yönələn beynəlxalq əməliyyatın keçirilməsinə dair BMT Təhlükəsizlik Şurası və Aİ Şurasına müraciətini dəstəkləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Radanın qəbul etdiyi qərarda deyilir.
Buna başqa Ali Rada beynəlxalq təlimlərdə iştirakı üçün xarici qoşunların ölkəyə buraxılmasına dair prezidentin təklifini dəstəkləyib.Bu qərar Ukrayna-ABŞ və Ukrayna-Polşa hərbi təlimlərin artıq 2015-ci ildə keçirilməsini mümkün edir.