Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Qarsda Heydər Əliyev adına Texniki liseyin açılışını edib. Açılış mərasimində protokol böhranı yaşanıb.
Belə ki, açılış mərasimində ilk olaraq Türkiyənin himni İstiqlal marşı oxunub. Mərasim iştirakçıları Azərbaycan himninin səslənəcəyini gözlədiyi halda bu baş verməyib.Ərdoğan bu səbəbdən protokol müdürünü və müvafiq vəzifəli şəxslərdən izahat alıb və Türkiyə prezidentinin əsəbiləşdiyi açıq-aydın müşahidə olunub.
Çıxış üçün kürsüyə çıxan Ərdoğan ilk olaraq protokol xətasının düzəldilməsini istəyəndən sonra Azərbaycan himni səsləndirilib.