Əfqanıstan paytaxtı Kabilin mərkəzində avtomobilə quraşdırılmış bomba partlayıb. APA-nın “lenta.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə “Tolonews” məlumat yayıb.
Partlayış nəticəsində 20-dən çox insan ölüb, 198 nəfər yaralanıb. İnsident Əfqanıstanın müdafiə, maliyyə və milli təhlükəsizlik nazirliklərinin yerləşdiyi Pul-e-Mahmud Xan rayonunda baş verib.Avtomobildə terrorçu-kamikadze də olub.
Əfqanıstan prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb. "Taliban" hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Hazırda rayonda atışma səsləri eşidilir.



