40 milyon lalənin əsrarəngiz mənzərəsi havadan bu cür lentə alındı. Böyük bir göy qurşağını xatırladan lalə tarlası geniş ərazini əhatə edir.
Qaziler.az "ATV Xəbər"ə istinadən bildirir ki, Türkiyənin Konya şəhərində, Karatay bölgəsində lalə tarlası iki həftə boyunca ziyarətçilərin ixtiyarında olacaq. İstanbul bələdiyyəsinin sosial məsuliyyət layihəsi çərçivəsində lalələrin yetişdirilməsində məqsəd yerli sakinlərin marağını çəkməklə yanaşı bölgəyə turist axınını təşkil etməkdir. Layihə gözlənildiyi kimi də nəticə verib. Xüsusilə fotoqrafların marağında olan lalə tarlasına turistlər də axın etməyə başlayıb.Kənd sakinlərinin zəhməti bahasına başa gələn lalələr iki həftə sonra xarici ölkələrə ixrac olunacaq. Beləliklə Konyayılar həm əraziyə turist cəlb etməklə, həm də ixrac həyata keçirməklə dövlət büdcəsinə dəstək olacaqlar.