Misir mübahisəli “Halaib üçbucağı”nı öz ərazisi sayır

Misir mübahisəli “Halaib üçbucağı”nı öz ərazisi sayır backend

Misir Sudanın iddia etdiyi mübahisəli regionu öz ərazi sayır.

Bunu Misir Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əbu-Zeyd bildirib. O qeyd edib ki, “Həlaib üçbucağı” Misirin suveren idarəçiliyinə daxil olan ərazisidir”.

Bundan əvvəl Sudan Xarici İşlər Nazirliyi mübahisəli ərazi ilə bağlı birbaşa danışıqlara başlamağın vacibliyi haqqında bəyanatla çıxış edib.

KİV-lərin məlumatına görə, hər iki ölkənin sərhədində yerləşən “Həlaib üçbucağı”nın ərazisi 20 min kvadratkilometrdir. İnzibati qaydada o, Misirin Qırmızı dəniz sahilindəki regionuna aiddir.