İsveçdə Avropa Birliyi tərəfdarlarının sayı kəskin şəkildə azalıb. Axar.az xəbər verir ki, bunu nəticə TNS SİFO təşkilatının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Hazırda ölkədəki AB tərəfdarlarının sayı keçən illə müqayisədə 20% azalaraq 39% olub. Ölkənin AB-dən çıxmasını istəyənlərin sayı isə 21%-ə çatıb. Sorğuda iştirak edən respondentlərin yerdə qalan hissəsi isə bu məsələ ilə bağlı qəti fikir sahibi olmadıqlarını bildiriblər.
Ekspertlər İsveçdə əhalinin AB-yə qarşı fikrinin bu dərəcədə dəyişməsinin miqrant böhranı ilə bağlı olduğunu bildiriblər.



