PKK-nın Suriyadakı qanadı PYD İsveçin paytaxtı Stokholmda nümayəndəlik açıb. Axar.az xəbər verir ki, açılış mərasiminə təşkilatın silahlı qanadı YPG komandiri Nəzrin Abdullah qatılıb.
Qeyd edək ki, təşkilat nümayəndəsi bir neçə gün öncə İsveçin Müdafiə naziri Peter Hultqvist ilə görüşərək Suriyada yaralanan PYD mənsublarının müalicəsi üçün kömək istəmişdi.



