Rusiya qorxulu silahını sınaqdan keçirdi - Video

Rusiya qorxulu silahını sınaqdan keçirdi - Video backend

Rusiya Həştərxan vilayətində keçirdiyi “İsgəndər M” raketlərinin sınağının videosunu yayıb. Axar.az xəbər verir ki, video Rusiya Müdafiə Nazirliyi tərəfindən təqdim olunub. Görüntülər aprelin 15-də qeydə alınıb. Raketin buraxılışı Kapustin Yar poliqonunda keçirilib. “İsgəndər M” 200 kilometr məsafədəki hədəfi məhv edib.


Qeyd edək ki, Kapustin Yar poliqonu Həştərxan vilayətinin şimalında, Qazaxıstan sərhədinə yaxın ərazidə yerləşir.