“Intel” daha 1000 nəfər əməkdaşını ixtisar edəcək

“Intel” daha 1000 nəfər əməkdaşını ixtisar edəcək backend

Kompüter texnikası istehsalçısı olan “İntel” şirkəti bu ilin yaz aylarında 1000 iş yerini ixtisar etməyə hazırlaşır. İKT.lent.az-ın məlumatına görə, bu barədə “Oregonlive” portalı öz şəxsi mənbələrinə istinadən bildirib.

İdarəedici vəzifələrin də olduğu ixtisar tədbirlərinə “İntel”in maliyyə hesabatının nəticələrini elan etdikdən dərhal sonra başlanacaq. Bu isə aprelin 19-da baş tutacaq.

Daha əvvəl korporasiya xeyli ixtisarlar həyata keçirib. Belə ki, 2015-ci ildə 1 100 nəfərdən artıq əməkdaş ixtisar edilib. Bununla da ötən ilin dekabrın 26-na “İntel”in əməkdaşlarının sayı 107,3 min nəfərə enib. Hətta ötən həftənin sonlarında şirkət iki baş vitse-prezidentlərin - Kirk Skauqen və Duq Devisin istefa etməsi bağlı məlumat yayıb.

Atılan addımlar isə təsadüfi deyil. Çünki ötən ilin dördüncü rübündə “İntel” korporasiyasının xalis mənfəəti 1,3 faiz aşağı düşüb. Buna səbəb isə kompüter texnikası istehsalının azalmasıdır. Vəziyyətdən çıxmaq üçün korporasiya rəhbərliyi fəal olaraq istehsalın artması ilə bağlı addımlar atır. Həmçinin şirkət fəaliyyətinin başqa bir sahəyə keçməsini də nəzərdən keçirir.