Yaponiyadakı zəlzələ “Sony”ni də vurdu

Yaponiyadakı zəlzələ “Sony”ni də vurdu backend

Ötən həftə Yaponiyada baş vermiş zəlzələ bir sıra şirkətlərin fəaliyyətinə də təsir göstərib. Bəzi iri şirkətlərin fabrikləri fəaliyyətini dayandırıb. İKT.lent.az-ın xəbərinə görə, aprelin 14-də və 16-da baş verən yeraltı təkanlardan sonra “Sony”nin Kumamoto prefekturasında yerləşən və kamera sensoru istehsal edən müəssisəsi istehsalı dayandırmağa məcbur olub. Kumamotodakı fabrik başda “Apple” olmaqla, bir çox şirkəti kamera sensorları ilə təchiz edir.


“Sony”dən bildiriblər ki, fabrik qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. Şirkət hazırda anbarlarda kifayət qədər hazır məhsul olduğunu və sifarişçi firmaların problem yaşamayacağını açıqlayıb.

Qeyd edək ki, “Sony” dünya üzrə görüntü sensoru istehsalının 40%-ni təmin edir.

“Sony”nin Naqasakidəki kamera sensoru və “PlayStation” istehsal edən Kyushu müəssisəsi də fəaliyyətini qismən dayandırıb.