Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Pyotr Poroşenkonun 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının baykot edilməsi çağırışını şərh edib.
O, jurnalistlərin Ukrayna dövlət başçısının çağırışı haqqında suala cavabında deyib ki, Rusiya Federasiyası futbol üzrə dünya çempionatına hazırlaşır. Bütün öhdəliklər, hansılar ki, Rusiya mundialın təşkilatçısı kimi üzərinə götürüb, hamısı yerinə yetirilir və vaxtında hazır olacaq. Bu yarış tarixdə ən yaxşılardan biri olacaq.Ukrayna prezidenti bundan əvvəl bildirib ki, Rusiya qoşunları Ukrayna ərazisində olduğu üçün bütün ölkələr Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatında iştirakdan imtina etməlidir.
Xatırladaq ki, DÇ-2018 Rusiyanın 11 şəhərində - Moskvaya, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samaraya, Soçi və Rostovdakı 12 stadionda baş tutacaq.