Vladimir Putinin var-dövlətinin həcmi açıqlandı

Vladimir Putinin var-dövlətinin həcmi açıqlandı backend

Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə 8,9 milyon rubl (134 min dollar) qazanıb.

Qaziler.az Virtualorg.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilmiş deklarasiyada deyilir. Bu, 2014-cü illə müqaisədə 1,241 milyon rubl çoxdur.

Deklarasiyada V.Putinin mülkiyyəti kimi torpaq sahəsi (150 sot), mənzil (77 kvadrat metr) və qaraj (18 kvadrat metr) göstərilib.

Putinin bundan əlavə “QAZ M21” və “QAZ M-21-R”, “Niva” avtomobilləri və “Skif” qoşqusu var.