Qondarma Luqansk Xalq Respublikasının “Xalq Soveti” Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.
Luqansk separatçıları Sxinvali rejimi ilə diplomatik münasibətlərin qurulması barədə qərar qəbul ediblər. “Xalq Soveti” aparatının rəhbəri Liya Kovalenko bu qərarı “cavab addım” adlandırıb.Xatırladaq ki, 2014-cü ilin yayında Cənubi Osetiyanın lideri Leonid Tibilov Donetsk və Luqanskda yaradılmış separatçı rejimlərlə diplomatik münasibətlərin qurulmasına dair fərman imzalayıb.