Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ermənistana səfər edib.
Qaziler.az-ın məlumatına görə, Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, general Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Yerevana gəlib.İclas zamanı KTMT-ni gözləyən regional təhlükələr və qarşıdakı illər üçün tədbirlər planı müzakirə olunacaq.
Valeri Gerasimovla yanaşı, iclasda Ermənistan, Tacikistan, Qırğızıstan, Belarus və Qazaxıstanın da Baş Qərargah rəisləri qatılacaq.



