Ermənistanda nazirlərin istefası tələbilə mitinq keçiriləcək

Ermənistanda nazirlərin istefası tələbilə mitinq keçiriləcək backend

"Ölkəmizin sahibi bizik" təşəbbüsü aprelin 22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturovun insan itkilərinə səbəb olmuş vəziyyətdə fəaliyyətsizliyə və nəzarətin olmaması ilə əlaqədar vəzifələrindən azad edilməsi tələbi ilə Ermənistan Prezidentinin iqamətgahına yürüş təşkil edəcəklər.

Qaziler.az bildirir ki, bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

Nümayişçilər siyahıda göstərilmiş erməni oliqarxlarından dövlət büdcəsinə ən azı 5 milyon dollar ayırmağı tələb etmək niyyətindədirlər.

Onların sırasında Prezidentin qardaşı Saşik Sarkisyan, Baş nazir Ovik Abramyan və hakimiyyətin digər nümayəndələri var.