Pakistanda kriminal avtoritet qruplaşma zərəsizləşdirilərkən on polis həlak olub

Pakistanda kriminal avtoritet qruplaşma zərəsizləşdirilərkən on polis həlak olub backend

Pakistan polisi Pəncab əyalətinin Radjanpur dairəsində kriminal avtoritet Çxota adlandırılan Qulam Rəsulun dəstəsinin zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat aparıb.

Əməliyyat zamanı on polis həlak olub, bir nəfər itkin düşüb, 4 nəfər ağır yaralanıb, 25 polis isə qruplaşma tərəfindən girov götürülüb.

Qruplaşmanın 200 üzvündən bir neçəsi məhv edilib, 15-i yaralanıb, qalanları isə qaça bilib. Polislər mərkəzdən iki vertolyot və əlavə qüvvələr gətirilməsini istəyib.

Bir neçə gün əvvəl Pakistan polisi Çxota qruplaşmasının rəhbərlərindən biri olan Əli Qul Bazqiri və onun qardaşını məhv etmişdi.