Rusiya Prezidenti ilə “Birbaşa xətt” 3 saat 39 dəqiqə davam edib

Rusiya Prezidenti ilə “Birbaşa xətt” 3 saat 39 dəqiqə davam edib backend

Aprelin 14-də Rusiya Prezidenti Vladimir Putin 14-cü dəfə rusiyalılarla “Birbaşa xəttə” çıxıb.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, efir vaxtı başlayana qədər studiyaya 2,3 milyondan çox sual daxil olub. Onların arasında təxminən 1,5 milyon telefon zəngi, 400 min SMS, habelə “VKontakte” sosial şəbəkəsi vasitəsilə 70 mindən çox müraciət olub. Proqram 3 saat 39 dəqiqə davam edib. Bu müddətdə Rusiya dövlətinin başçısı ölkədə iqtisadi vəziyyət, xarici siyasət, beynəlxalq terrorizmə qarşı mübarizə barədə suallara cavab verib.