Rus döyüş gəmiləri Hind okeanına daxil oldu

Rus döyüş gəmiləri Hind okeanına daxil oldu backend

Rusiya Hərbi Dəniz Donanmasının 5 gəmisi Asiya-Sakit okean ölkələrinin qatıldığı beynəlxalq təlimlərdə iştirak etmək üçün Hind okeanına daxil olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Sakit okean donanmasının kapitanı Roman Martov təlimlərə 20 gəminin qatılacağını deyib.


“Manevrdə Rusiya gəmiləri Avstraliya, Çin, ABŞ və Yaponiyanın da aralarında olduğu 15 ölkənin gəmiləri ilə birgə hərəkət edəcək”.