Mağaranın küncündə xəzinə tapıldı

Mağaranın küncündə xəzinə tapıldı backend

İsrailin şimalındakı mağarada bizim eradan əvvəl IV əsrin axırlarında bu regionu fəth edən Makedoniyalı İsgəndərin dövrünə aid xəzinə tapılıb.

İsrail arxeoloqları tərəfindən aşkarlanan xəzinə mağaranın küncündən tapılıb.

Arxeoloqların fikrincə, xəzinə əvvəlcə parça torbada olub. Tapıntının içərisində iki gümüş sikkə, gümüş sırğalar, üzük və qolbağı var. Sikkənin bir üzündə Makedoniyalı İsgəndərin şəkli, digər üzündə taxtda oturmuş Zevsin təsviri verilib.

Tapıntının içərisindəki sırğalar xüsusilə fərqlənir. Onlar çox yaxşı qalıb və demək olar ki, analoqu yoxdur.

Mütəxəssislərin fikrincə, xəzinə yerli əhali tərəfindən mağarada gizlədilib. Çox güman ki, onlar Makedoniyalı İsgəndərin ölümündən sonra qəzəblənmiş diadoxların qəzəbindən qorunmaq üçün müharibə dövründə buraya sığınıblar. “Daha yaxşı gün ümidilə ” basdırılan xəzinənin sahibi onun arxasınca gələ bilməyib.

Arxeoloqlar güman edir ki, mağarada digər çoxlu qiymətli şeylər də saxlanılır
Diaspora