Taliban yaz hücumuna başladı: 24 ölü

Taliban yaz hücumuna başladı: 24 ölü backend

Taliban terrorçuları Əfqanıstanın şimalındakı Fəryab və Cövzcan vilayətlərində hücuma keçib. Axar.az xəbər verir ki, 200 nəfərlik silahlı dəstə ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 24 terrorçu öldürülüb.


Taliban isə Cövzcanda 7 hərbçinin öldürüldüyünü iddia edib.

Xatırladaq ki, təşkilat iki gün öncə yaz hücumlarına başlayacaqlarını açıqlamışdı.