Mahaçqala yaxınlığında yaraqlılarla ağır döyüşlər

Mahaçqala yaxınlığında yaraqlılarla ağır döyüşlər backend

Mahaçqala yaxınlığında yerləşən Leninkənddə yaşayış evində mühasirəyə alınmış terrorçulara qarşı xüsusi əməliyyat dayandırılıb.

Qaziler.az Oxu.az-a istinadən bildirir ki, bu barədə Respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Xüsusi əməliyyatın aktiv fazası günün qaranlıq vaxtının başlanması səbəbindən dayandırılıb. Əməliyyat sabaha qədər təxirə salınıb”, - agentliyin sözçüsü deyib.

O, qeyd edib ki, evdə gizlənən yaraqlıların dəqiq sayı hələlik müəyyən edilməyib, məlumat dəqiqləşdirilir.