Ukraynada bütün postsovet məkanının taleyi həll olunur. Axar.az xəbər verir ki, bunu “Rustavi-2” televiziyasına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, əgər Ukraynada islahatlar tam həyata keçirilərsə, Putin yox olacaq:
“Bu, Gürcüstanın da xeyrinə olan məqamdır. Mənim üçün bu mübarizəni uğurla başa vurmaq kimi tarixi şans yaranıb”.



