100 yaşını paraşütdən tullanaraq qeyd etdi

100 yaşını paraşütdən tullanaraq qeyd etdi backend

100 yaşını yüzlərlə metr hündürlükdə qeyd etdi.

"ATV Xəbər" bildirir ki, Böyük Britaniyanın Somerton şəhərində yaşayan bir qoca 100-cü doğum gününü özünə məxsus şəkildə qeyd edib. Kifayət qədər yaşlı olmasına baxmayaraq təyyarə ilə 3 min metr hündürlüyə qalxan Verdan Heyes paraşütlə tullanaraq adrenalin dolu anlar yaşayıb.

100 yaşlı qoca, təcrübəli paraşütçünün yardımı ilə təyyarədən yerə tullanıb. Onun iki nəticəsi də paraşütlə babalarının səmada uçuşunu yaxından izləyib. 90 yaşından bu yana paraşütlə tullanmağa maraq göstərdiyini deyən Britaniyalı, 100 yaşında havada bu cür uçmağın inanılmaz duyğu olduğunu deyib.

Heyes Ginnesin dünya rekordları kitabına düşə bilməsə də, deyir ömür vəfa etsə qarşıdan gələn illərdə yenidən paraşütlə tullanacaq. Bu sahədə rekord vuran ən yaşlı insan isə 101 yaşında təyyarədən yerə tullanan Kanadalı Arman Jendrodur. Heyes isə 100-cü doğum günündə paraşütlə tullanmaqla kifayətlənməyib, heç kimin köməyi olmadan hovuza baş vuraraq nəvə-nəticələrinə hələ güclü olduğunu nümayiş etdirib.