Türkiyədə terrorçularla atışmalarda 2 hərbçi şəhid olub.
Qaziler.az bildirir ki, Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Şırnak vilayətində baş verən atışmalarda 1 əsgər hadisə yerində şəhid olub, 4 isə ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.Bu barədə Türkiyənin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.



