Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada yaşayan 27 şəhid yaxınına və qazilərə medallar təqdim edib. Ərdoğan Prezident sarayında təşkil olunan mərasimdə şəhidlərə rəhmət, qazilərə minnətdarlıq edib:
"İslama görə inancları, vətənləri, millətləri üçün mübarizə edərkən həyatlarını itirənlərin şəhid sayılırlar. İlahi əmrdə də "Onlara ölülər deməyin, çünki onlar diridirlər" buyurulur". Mərasimdə şəhid və qazi övladları ilə səmimi şəkildə görüşən Ərdoğan Türkiyə bayrağının dirəyini tutan azyaşlı oğlan uşağının hərəkətlərinə sevincini gülümsəməklə ifadə edib. Həmin mərasimdən olan fotoları təqdim edirik: